10:02 / 25-04-2026
Mənimdir -Vüqar Əhməd
Bütün xəbərlər
Qızılağacda ova cəhd etdi, cəzalandırıldı
Tarix: 17-02-2021 13:45 | Bölmə: Karusel

                    Qızılağacda ova cəhd etdi, cəzalandırıldı


Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində ova cəhd edən şəxs saxlanılıb.
“Qafqazinfo”nun məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Masallı rayonu Köçəkli kənd sakini Muxtar Orucov olduğu məlum olub. 
Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbir görülüb.



Baxış sayı: 206


Bölməyə aid digər xəbərlər