22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
“Neftçi” 8 nəfərlə “Qarabağ”a qalib gəldi - Yenilənib
Tarix: 13-02-2021 20:54 | Bölmə: Karusel

                  “Neftçi” 8 nəfərlə “Qarabağ”a qalib gəldi


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start veriləcək.
“Qafqazinfo” bildirir ki, günün ilk matçı Sumqayıtda gerçəkləşəcək. Şəhərin eyniadlı komandası ilə "Səbail" arasında mübarizə saat 16:00-da başlayacaq.  
Günün digər qarşılaşmasında Azərbaycan derbisi baş tutacaq. Saat 18:30-da start götürəcək matçda "Qarabağ"la "Neftçi" üz-üzə gələcək.
Azərbaycan Premyer Liqası, XV tur
13 fevral (şənbə)
“Sumqayıt” – “Səbail”
Kapital Bank Arena. Saat 16:00
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 18:30
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Kərim Ağayev.
***
"Qarabağ"-"Neftçi" qarşılaşması başladı. 
***
“Neftçi” 22-ci dəqiqədə qırmızı vərəqə alıb. Ömər Buludov Maksim Medvedevə qarşı sərt oyuna görə meydandan qovulub.
***
"Neftçi" hesabı açdı. Namiq Ələsgərov 27-ci dəqiqədə fərqləndi.
***
İlk hissə başa çatdı. 
***
İkinci hissə başladı.
***
“Qarabağ” hesabı bərabərləşdirir. Mahir Emreli 56-cı dəqiqədə bərabərlik qolunu vurur.
***
“Qarabağ” azlıqda qaldı. Medina qırmızı vərəqə aldı.
***
“Neftçi” 2-ci qolu vurdu. Namiq Ələsgərov 74-cü dəqiqədə dubl etdi.
***
“Neftçi” 2-ci qırmızı vərəqni aldı. Mamadu Kane meydandan qovuldu.
***
“Neftçi”nin futbolçusu Voyislav Stankoviç, 90+2-ci dəqiqədə qırmızı vərəqə alır.
***
Matç başa çatdı.



Baxış sayı: 275


Bölməyə aid digər xəbərlər