22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Teymur Rəcəbov yarımfinalda uduzdu
Tarix: 13-02-2021 01:22 | Bölmə: Karusel

                    Teymur Rəcəbov yarımfinalda uduzdu


Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında bu gün növbəti görüşlərini keçirib.
"Qafqazinfo" xəbər verir ki, millimizin üzvü  ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb.
İlk oyun günündə rəqibinə 1,5:2,5 hesabı ilə uduzan Rəcəbov finala vəsiqə qazanmaq üçün ilk növbədə, bugünkü 4 qarşılaşmanın yekununda qalib olmalı, daha sonra isə tay-breyk və ya armageddon qələbə ilə ayrılmalı idi.
Amma yekunda 2:1 hesabı ilə uduzan Rəcəbov finala çıxmaq şansını əldən verib. O, sabah 3-cü yer uğrunda  Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa) cütünün məğlubu ilə qarşılaşacaq
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.



Baxış sayı: 235


Bölməyə aid digər xəbərlər