22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
300-dən çox hüquqşünas hakim olmaq üçün imtahan verəcək
Tarix: 12-02-2021 17:51 | Bölmə: Karusel

                   300-dən çox hüquqşünas hakim olmaq üçün imtahan verəcək


Test və yazılı imtahandan uğurla keçən hakimliyə namizədlərlə şifahi imtahanlar keçiriləcək.
“Qafqazinfo” Hakimlərin Seçki Komitəsinə istinadən xəbər verir ki, 300-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini təqdim edib.
Bildirilib ki, karantin rejiminin yumşaldılması ilə əlaqədar həmin namizədlərlə test imtahanı cari ilin mart ayının 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək.
Növbəti test imtahanı üçün sənədlərin qəbulu isə fasiləsiz davam etdiriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanı ilə hakimlərin yüksək iş yükünün azaldılması, işlərə daha tez və keyfiyyətlə baxılması məqsədilə ölkədə hakim ştatlarının sayı 200 vahid artırılıb.
Hakimlərin Seçki Komitəsi tərəfindən yeni qaydalarla keçirilmiş müsabiqə nəticəsində 200-dən çox namizəddən 44 nəfər bütün imtahanlarda müvəffəqiyyət qazanıb, hakim vəzifəsinə hazırlanmaları üçün uzunmüddətli tədris kursunu uğurla başa vurub və ölkə Prezidentinin 3 fevral 2021-ci il tarixli Sərəncamı ilə müxtəlif hakim vəzifələrinə təyin ediliblər.



Baxış sayı: 227


Bölməyə aid digər xəbərlər