22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Qəbələdə ayı arıçıya hücum etdi
Tarix: 12-02-2021 17:43 | Bölmə: Karusel

                    Qəbələdə ayı arıçıya hücum etdi


Qəbələdə ayı arıçıya hücum çəkib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Vəndam kəndində qeydə alınıb. 
Qəsəbə sakini Fərman Rəcəbov kənd  ərazisində arı pətəklərini düzərkən qəfildən  Qafqaz ayısının hücumuna məruz qalıb. F. Rəcəbov ayı ilə əlbəyaxa olub və çətinliklə onun pəncəsindən qurtula bilib. 
Yaralı halda dərəyə aşan arıçı bir xeyli orada qaldıqdan sonra qardaşına zəng edib. Yaralı Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 
Xəstəxanada yaralıya sol ayağının, baş və qarın nahiyələrinin çoxsaylı xəsarətləri diaqnozu qoyulub. Daha sonra o, müalicəsinin davam etdirmək üçün Bakı şəhərinədəki xəstəxanaların birinə göndərilib.



Baxış sayı: 246


Bölməyə aid digər xəbərlər