22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Avtoxuliqanlıq edənlər inzibati qaydada həbs edildi
Tarix: 11-02-2021 12:38 | Bölmə: Karusel

                 Avtoxuliqanlıq edənlər inzibati qaydada həbs edildi


Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin ( RPŞ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, rayon sakinləri Kənan Hüseynov və Raqif Abbasov idarə etdikləri “VAZ 2107” və “VAZ 2106” markalı avtomobillər ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub.  
Həmin şəxslər barəsində Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Rafiq Abbasov 15 gün müddətinə inzibati qaydada həbs edilərək sürücülük hüququndan da 1 il müddətinə məhrum edilib. K. Hüseynovun törətdiyi qayda pozuntularına hüquqi qiymət verilməsi üçün barəsində toplanan material Gədəbəy rayon Məhkəməsinə göndərilib.



Baxış sayı: 207


Bölməyə aid digər xəbərlər