22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Vilayət Eyvazovdan daha bir rəis TƏYİNATI
Tarix: 11-02-2021 00:15 | Bölmə: Karusel
                     

Daxili İşlər Nazirliyində növbəti kadr islahatı olub.
Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik leytenantı Seymur Əfəndiyev Goranboy Rayon Polis Şöbəsinin Əməliyyat üzrə rəis müavini vəzifəsindən azad olunub.
Nazirin digər əmri ilə o, Daşkəsən Rayon Polis Şöbəsinə rəis təyin edilib.
Qeyd edək ki, ötən gün Daşkəsən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Azay Ağayev vəzifəsindən azad edilərək, Masallı Rayon Polis Şöbəsinə rəis təyin edilmişdi. 

Oxu.az



Baxış sayı: 276


Bölməyə aid digər xəbərlər