22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlandı
Tarix: 09-02-2021 16:54 | Bölmə: Karusel

                  Ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlandı


Paytaxt ərazisində söküntü işləri aparılarkən şam ağaclarının qanunsuz kəsilməsi faktı ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. 
Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, aparılmış araşdırmalarla, vəzifəli şəxsin qulluq mənafeyi tələb etdiyi halda öz səlahiyyətlərindən istifadə etməməsi nəticəsində paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsi, 9K ünvanında 0.7681 ha ərazidə söküntü işləri aparılarkən orada mövcud olmuş meşə fonduna daxil olmayan 15 ədəd, cəmi 31 min 500 manat dəyərində 15 ədəd bioloji inkişafda olan şam ağaclarının qanunsuz kəsilməsi (götürülməsi) nəticəsində külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə)  və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə tapşırılıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində istintaq tədbirləri davam etdirilir.
Paytaxtın Xətai rayonu ərazisində şam ağaclarının qanunsuz kəsilməsi faktı ilə bağlı cinayət işi başlanıb. 



Baxış sayı: 229


Bölməyə aid digər xəbərlər