22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ermənistandan Qarabağa hərbçilərin göndərilməsi dayandırıldı
Tarix: 09-02-2021 16:52 | Bölmə: Karusel

                   Ermənistandan Qarabağa hərbçilərin göndərilməsi dayandırıldı


Ermənistandan olan hərbi çağırışçılar həqiqi hərbi xidmət üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilməyəcək.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bundan sonra Ermənistandan olan çağırışçılar yalnız respublika daxilində yerləşən hərbi hissələrdə xidmət edəcəklər.
Saytın məlumatına görə, ənənəvi püşkatma zamanı Qarabağın hərbi hissələrinin seçimlər siyahısına salınmadığı məlum olub.
Qeyd edək ki, bundan əvvəl Ermənistan mətbuatında və sosial şəbəkə seqmentində qondarma “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun ləğvi barədə xəbərlər yayılmışdı.



Baxış sayı: 263


Bölməyə aid digər xəbərlər