22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
“Sumqayıt”ın kapitanı növbəti oyunda da oynamayacaq
Tarix: 05-02-2021 13:37 | Bölmə: Karusel


“Sumqayıt” futbol klubunun oyunçusu Vurğun Hüseynov Azərbaycan Kubokunun 1/4 finalında “Səbail”ə qarşı cavab matçında da iştirak etməyəcək.
Klubdan AZƏRTAC–a verilən məlumata görə, 33 yaşlı müdafiəçi zədə səbəbindən oynamayacaq. Vurğun Hüseynov Azərbaycan Premyer Liqasının XIV turunda Bakıda “Keşlə”ni 1:0 hesabı ilə məğlub etdikləri görüşdə əzələsini dartıb. Kapitan “Səbail”ə 0:1 hesabı ilə uduzduqları kubokun ilk 1/4 final oyununu buraxmalı olub.
Qeyd edək ki, fevralın 6-da "ASCO Arena”da keçiriləcək “Səbail” – “Sumqayıt” qarşılaşması saat 18:00-da başlayacaq.




Baxış sayı: 242


Bölməyə aid digər xəbərlər