22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Mahir Emreli Reynaldonu geridə qoydu
Tarix: 03-02-2021 14:02 | Bölmə: Karusel

                  Mahir Emreli Reynaldonu geridə qoydu


“Qarabağ”ın tarixinin ən yaxşı bombardirləri siyahısında dəyişiklik olub.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə ilk oyununda (3:1) dubla imza atan Mahir Emreli komandasının heyətində vurduğu qolların sayını 63-ə çatdırıb.
O, buna 2015-ci ilin yayından çıxış etdiyi “Qarabağ”da keçirdiyi 183 matçda nail olub. Hücumçunun orta məhsuldarlığı 0,34-ə bərabərdir. Forvard Premyer Liqada 51, ölkə kubokunda 7, avrokuboklarda 5 dəfə rəqib qapısına yol tapıb.

Emreli “Qarabağ”dakı qol sayını 63-ə çatdırmaqla klub tarixinin 2-ci ən yaxşı bombardiri olub. O, “Qəbələ” ilə görüşdəki qollarla braziliyalı Reynaldo Silvanı arxada qoyub. Cənubi amerikalının hesabında 62 top var.

Qeyd edək ki, “Qarabağ”ın tarixinin ən yaxşı bombardiri Müşfiq Hüseynovdur. Onun aktivində 159 qol var.



Baxış sayı: 219


Bölməyə aid digər xəbərlər