Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi
Tarix: 27-01-2021 14:37 | Bölmə: Karusel

                    Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi

Qobustan rayonunda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. 
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn “Qafqazinfo”ya bildirib ki, hazırda zəhərlənən şəxslərin həyatları üçün heç bir təhlükə yoxdur: 
“Zəhərlənmə ilə xəstəxanaya gətirilən şəxslər hazırda evdədirlər və onlara ambulator xidmət göstərilib. Vəziyyətləri kafidir, həyatları üçün heç bir təhlükə yoxdur. Vaxtında tədbir görülüb”.
Zəhərlənən şəxslər 77 yaşlı Əkbərova Zivər Ağaşiraz qızı, 67 yaşlı Rəhimova Qənifə Ağaşiraz qızı, 18 yaşlı Rəhimli Zərifə İlham qızı, 14 yaşlı Rəhimli Elçin İlham oğlu, 6 yaşlı  Rəhimli Elnur İlham və 4 yaşlı Rəhimova Rəna Əli qızıdır. 
Ailə üzvləri kustar üsulla quraşdırılan qızdırıcının nasazlığı səbəbindən mənzilə dolan dəm qazından zəhərlənərək Qobustan rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdilər. 


Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər
26-02-2021, 17:47 Yoluxanların sayı artdı