Bütün xəbərlər
20 Yanvar şəhidlərinin qaçqın ailə üzvlərinə və əlillərə yardım göstərilib
Tarix: 19-01-2021 17:17 | Bölmə: Karusel

                  20 Yanvar şəhidlərinin qaçqın ailə üzvlərinə və əlillərə yardım göstərilib


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 20 Yanvar hadisələri zamanı şəhid olanların ailə üzvlərinə və əlillərə yardım edilib.
Bu barədə “Qafqazinfo”ya komitədən məlumat daxil olub.
Bildirilib ki, 20 Yanvar faciəsinin 31-ci ildönümü ərəfəsində Komitə sədrinin əmri ilə həmin faciənin qurbanı olmuş şəhidlərin qaçqın ailə üzvlərinə və əlillərə, ümumilikdə, 21 şəxsə 200 manat məbləğində birdəfəlik maddi yardım göstərilib.


Baxış sayı: 248


Bölməyə aid digər xəbərlər