Bütün xəbərlər
ABŞ “Xiaomi”ni “qara siyahı”ya saldı
Tarix: 15-01-2021 01:12 | Bölmə: Karusel

                   ABŞ  “Xiaomi”ni “qara siyahı”ya saldı


ABŞ administrasiyası Çinin doqquz şirkətini, o cümlədən “Xiaomi” smartfonlarının istehsalçısını və “Comac” aviaşirkətini, Amerikanın hərb sahəsi ilə əlaqələri olan sərmayədarları üçün qadağan edilmişlərin siyahısına salıb.
Unikal.org “Reuters”ə istinadla xəbər verir ki,  Amerika sərmayədarları 11 noyabr 2021-ci ilə qədər “qara siyahı”ya düşmüş Çin firmalarından öz aktivlərini çıxarmalı olacaqlar.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 2021-ci ilin 11 yanvarından Amerika vətəndaşlarına və şirkətlərə Çin Xalq Respublikasının hərbi firmalarından qiymətli kağızları almağı qadağan edən fərman imzalayıb.


Baxış sayı: 201


Bölməyə aid digər xəbərlər