Bütün xəbərlər
Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
Tarix: 14-01-2021 13:49 | Bölmə: Karusel

                    Şuşada yol qəzası


Şuşa istiqamətində bir hərbçinin həlak olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 12-də baş vermiş qəza nəticəsində Beyləqan rayon, Şəfəq qəsəbə sakini hərbçi - MAXE Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.
Faktla bağlı araşdırma başlayıb.
Qeyd edək ki, həlak olan hərbçimiz MAXE Həsən Yaqubov “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.


Baxış sayı: 207


Bölməyə aid digər xəbərlər