Bütün xəbərlər
Putinin peyvənd olunması xəbərlərinə Kremldən açıqlama
Tarix: 10-01-2021 21:19 | Bölmə: Karusel

                 Putinin peyvənd olunması xəbərlərinə Kremldən açıqlama


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin koronavirusa qarşı peyvənd olunması xəbərləri ilə bağlı açıqlama verib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Peskov Telegram kanalında yayılmış məlumatın yanlış olduğunu deyib:
“Yox, bu, doğru deyil. Nə vaxt peyvənd olunacağı barədə o, özü bildirəcək”.
Xatırladaq ki, V.Putin ötən ilin dekabrında baş tutmuş mətbuat konfransında öz yaş qrupundan olan insanların peyvəndlənmə prosesi başlayanda vaksin vurduracağını bəyan etmişdi.


Baxış sayı: 385


Bölməyə aid digər xəbərlər