Bütün xəbərlər
Çayxana sahibi və müştəriləri cəzalandırıldı
Tarix: 09-01-2021 13:43 | Bölmə: Karusel

              Çayxana sahibi və müştəriləri cəzalandırıldı


Xaçmazda karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.
DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Yergüc kəndi ərazisində yerləşən çayxananın mövcud karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub.
Obyektə baxış zamanı orada olan 18 müştərinin və obyekt sahibi İ.Gülməmmədovanın sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.



Baxış sayı: 624


Bölməyə aid digər xəbərlər