Bütün xəbərlər
Millimizin qapıçısı Fransa klubunda
Tarix: 08-01-2021 21:26 | Bölmə: Karusel

                 Millimizin qapıçısı Fransa klubunda


17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Eldar Tağızadə Fransanın “Klermon” klubuna keçib.
"Qafqazinfo" xəbər verir ki, 18 yaşlı qapıçı yeni klubu ilə 2024-cü ilədək müqavilə imzalayıb. Bu, gənc qolkiperin ilk peşəkar sözləşməsidir.
Tağızadə 1 ilə yaxındır Liqa 2 təmsilçisinin düşərgəsində məşq edirdi. Müqavilə bağlamaqla o, “Klermon”un ikinci və U-19 komandasında forma geyinmə fürsəti qazanıb.
Qeyd edək ki, Eldar Tağızadə Azərbaycanda “Neftçi”nin heyətində AFFA-nın uşaq liqalarında mübarizə aparıb. Qolkiper son olaraq, İspaniyada “Fundacion Marcet” futbol akademiyasında oynayıb.



Baxış sayı: 261


Bölməyə aid digər xəbərlər