Bütün xəbərlər
Bakı sakinindən saxta pul və narkotik götürüldü - FOTO
Tarix: 05-01-2021 20:16 | Bölmə: Karusel

                    Bakı sakinindən saxta pul və narkotik götürüldü -FOTO



Bakı sakinindən saxta pul və narkotik götürülüb.
Unikal.org xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nurlan Hüseynov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 2 ədəd 100 manat, 1 ədəd 20 manat, 1 ədəd 5 manat saxta əsginas, həmçinin, 2,6 qram heroin və elektron tərəzi aşkar edilərək götürülüb.
Saxlanılan şəxs üzərində aşkarlanan saxta pulu tanımadığı şəxsə narkotik vasitə satarkən əldə etdiyini bildirib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

 



Baxış sayı: 206


Bölməyə aid digər xəbərlər