Bütün xəbərlər
Türkiyə məzunu bu Afrika ölkəsində prezidentliyə namizəd oldu
Tarix: 05-01-2021 14:53 | Bölmə: Karusel

                     Türkiyə məzunu bu Afrika ölkəsində prezidentliyənamizəd oldu


Çadda Türkiyədə ali təhsil almış şəxs prezidentliyə namizəd olub.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Malum Yobide Ceraki Çadda prezidentliyə namizədliyini irəli sürüb.
Ceraki Türkiyənin Trakya Universitetində ali təhsil alıb. 2000-ci ildə ali məktəbi bitirən Cerakinin ixtisası gömrükçülükdür. Ceraki həmçinin öz siyasi partiyasını da qurub. Namizədliyi həmin Demokratik və Sosialist Dəyişim Partiyasından irəli sürülüb. Trakya Universitetinin rektoru Erhan Tabakoğlu da Cerakiyə seçkilərdə uğurlar və qələbə arzu edib.



Baxış sayı: 209


Bölməyə aid digər xəbərlər