Bütün xəbərlər
Koronavirusun yeni ştammı Gürcüstanda da aşkarlandı
Tarix: 04-01-2021 21:19 | Bölmə: Karusel

                  Koronavirusun yeni ştammı Gürcüstanda da aşkarlandı


Gürcüstanda ilk dəfə koronavirusun mutasiyaya uğramış SARS-CoV-2 növünə yoluxma faktı qeydə alınıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə "Rustavi-2" telekanalı məlumat verib. 
Mutasiyaya uğramış yeni növ üçüncü ölkədən Gürcüstana daxil olan 50 yaşlı kişidə qeydə alınıb. Yoluxmuş şəxsin təmasda olduğu bütün şəxslər müəyyənləşdirilərək karantinə alınıb.
Xatırladaq ki,  koronavirusin yeni SARS-CoV-2 mutasiyası dekabrın ortalarında İngiltərədə aşkar edilmişdi. İngiltərənin Yeni və İnkişaf etməkdə olan Respirator Virus Təhlükələri üzrə Məşvərət Şurası daha sonra ölkədə müəyyənləşdirilmiş koronavirus mutasiyasının daha sürətlə yayıldığını açıqlamışdı.



Baxış sayı: 200


Bölməyə aid digər xəbərlər