Bütün xəbərlər
Əfqanıstanda həlak olanların ailəsinə verilən təqaüd 500 manata qaldırıldı
Tarix: 31-12-2020 15:49 | Bölmə: Karusel

                  Əfqanıstanda həlak olanların ailəsinə verilən təqaüd 500 manata qaldırıldı


Azərbaycan Prezidenti İlham Əliyev “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 244 nömrəli Fərmanında dəyişiklik edib.
“Qafqazinfo” xəbər verir ki, bu şəxslərə verilən Prezident təqaüdü 300 manatdan 500 manata qaldırılıb. 
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.



Baxış sayı: 226


Bölməyə aid digər xəbərlər