Bütün xəbərlər
Pakistanda silahlı insident: 7 əsgər həlak oldu
Tarix: 28-12-2020 00:48 | Bölmə: Karusel

                    Pakistanda silahlı insident:7 əsgər həlak oldu


Pakistanın cənub-qərbindəki Belucistan əyalətində hərbiləşdirilmiş sərhəd korpusu postuna terrorçular hücum edib.
Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, şənbə günü baş vermiş hadisə nəticəsində yeddi hərbçi qətlə yetirilib. İntensiv atışmadan sonra terror hücumunun qarşısı alınıb.
Pakistan hərbçiləri ərazini mühasirəyə alaraq qaçan terrorçuları ələ keçirmək üçün yolları bağlayıblar. Axtarış əməliyyatları davam etdirilir.



Baxış sayı: 279


Bölməyə aid digər xəbərlər