Bütün xəbərlər
“Ulu Göyçə” şirkəti “YAŞAT” Fonduna 100 min ianə etdi
Tarix: 25-12-2020 13:29 | Bölmə: Karusel

                  “Ulu Göyçə” şirkəti “YAŞAT” Fonduna 100 min ianə etdi



Azərbaycanda tikinti sahəsində fəaliyyət göstərən  tikinti şirkətlərlərdən biri olan “Ulu Göyçə” Məhdud Məsuliyyətli Müəssisəsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fonduna 100 min manat məbləğində yardım ayırıb.
“Yaşat” Fondu Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli  fərmanı ilə yaradılmışdır. Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin yaşayış təminatına vətəndaş cəmiyyəti təşəbbüslərinin ictimai nəzarət altında şəffaflıqla çatdırılmasıdı.
Doğma vətən torpağı uğrunda tərəddüd etmədən canından keçən şəhidlərimizi daima hörmətlə anmaq, onlardan bizə yadigar qalan ailələrin, müharibə zamanı yaralanan qazilərimizin sosial müdafiəsi və övladlarının firavan gələcəyini təmin etmək hər birimizin əsas missiyasıdır.  “Ulu Göyçə” MMM olaraq, sosial məsuliyyət layihələri çərçivəsində bu ailələrimizə hər zaman tam dəstəyimizi göstərməyə hazırıq.
Məlumat üçün qeyd edək ki, bundan əvvəl də müəssisə tərəfindən Koronovirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat, “Silahlı Qüvvələrə Yardım Fodu”na isə 100 min manat ianə edilib.
 



Baxış sayı: 307


Bölməyə aid digər xəbərlər