Bütün xəbərlər
Boks üzrə üçqat dünya çempionu vəfat etdi
Tarix: 25-12-2020 02:02 | Bölmə: Karusel

                      Boks üzrə üçqat dünya çempionu vəfat etdi



Amerika boksçusu Frenk Rendall 59 yaşında dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə “Boxing Scene” bildirib.
Rendall demensiyadan və beyin zədələrindən əziyyət çəkib. Sabiq idmançı qocalar evində ölüb. Veteranın ölümü haqqında keçmiş məşqçisi Aayron Snouell bildirib.
Rendall məşhur Xulio Çavesə qarşı döyüşü ilə məşhur olub. Onların görüşü zamanı sonuncunun aktivində 89 qələbə və 1 heç-heçə vardı. Rendall 1994-cü ildə Çavesi məğlub edən ilk boksçu olub.
Sabiq idmançının karyerası 1983-cü ildən 2005-ci ilə qədər davam edib.



Baxış sayı: 242


Bölməyə aid digər xəbərlər