Bütün xəbərlər
Tramp tərəfdarları onun virtual “inauqurasiyasını” keçirmək istəyir
Tarix: 22-12-2020 11:21 | Bölmə: Karusel

                     Tramp tərəfdarları onun virtual “inauqurasiyasını” keçirmək istəyir


ABŞ-da prezident seçkilərinin nəticələri ilə razılaşmayan ölkənin hazırkı Prezidenti Donald Trampın tərəfdarları 2021-ci il yanvarın 20-də onun virtual "inauqurasiyasını" təşkil edəcəklər.
“Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu məqsədlə feysbuk sosial şəbəkəsində “Prezident Donald Trampın ikinci inauqurasiya mərasimi” adlı səhifə yaradılıb.
Artıq 60 mindən çox insan tədbirə qeydiyyatdan keçib. “Mərasim” saat 12:00-a (Bakı vaxtı ilə 21:00-a-red.), seçilmiş prezident Cozef Baydenin andiçməsinin keçiriləcəyi vaxta planlaşdırılıb.



Baxış sayı: 251


Bölməyə aid digər xəbərlər