22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Karantin qaydalarını pozan futbolçu klubdan qovuldu
Tarix: 16-12-2020 00:59 | Bölmə: Karusel

               Karantin qaydalarını pozan futbolçu klubdan qovuldu


Belçikanın “Ostende” klubu qapıçısı Fabris Ondoa ilə müqaviləyə xitam verib.
"Qafqazinfo" xəbər verir ki, buna kamerunlu futbolçunun koronavirus pandemiyası dövründə əyləncə məclisi təşkil etməsi səbəb olub.
Hadisə ötən həftə baş verib. 24 yaşlı qolkiperin evindən çox səs-küy gəldiyini eşidən qonşular polis çağırıblar. Bu zaman Ondoanın təqribən 10 nəfərlik məclis quraraq karantin qaydalarını pozduğu üzə çıxıb. Bu azmış kimi, hadisə yerinə gəlmiş polislər qonaqların hücumuna məruz qalıb.



Baxış sayı: 254


Bölməyə aid digər xəbərlər