Bütün xəbərlər
Beyləqanda şirkətdən 89 min manat oğurlayanlar saxlanıldı - Foto
Tarix: 14-12-2020 17:40 | Bölmə: Karusel

                     Beyləqanda şirkətdən 89 min manat oğurlayanlar saxlanıldı


Beyləqan rayonu 1-ci Şahsevən kəndi ərazisində yerləşən şirkətlərin birindəki kassadan 89 000 manat məbləğində pul oğurlanıb.
DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 1-ci Şahsevən kəndində yaşayan İlkin Nərimanov və Vaqif Pənahlı oğurluqda şübhəli bilinərək saxlanılıblar. Dindirilmə zamanı şirkətin əməkdaşı kimi fəaliyyət göstərən V. Pənahlının pulu oğurlayaraq İ. Nərimanova verməsi müəyyən edilib. 
İ. Nərimanovun yaşadığı ünvana baxış keçirilən zaman döşəmənin altında sellofan paketdə gizlətdiyi, məbləğin bir qismi - 41000 manat və 1680 ABŞ dolları maddi sübut kimi götürülüb. 
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Oğurlanmış məbləğin digər qisminin də müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.






Baxış sayı: 384


Bölməyə aid digər xəbərlər