Bütün xəbərlər
Rusiyalı sülhməramlılar Ermənistanda qəzaya düşdü - Yaralılar var
Tarix: 12-12-2020 00:02 | Bölmə: Karusel

                  Rusiyalı sülhməramlılar Ermənistanda qəzaya düşdü


Ermənistanda rusiyalı sülhməramlılar yol qəzasına düşüb.
“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, hadisə Yerevan-Mehri magistralında baş verib. İrana məxsus dövlət seriya nişanlı “Tractor Tanker” yük maşını sülhməramlıların idarə etdiyi “KamAZ”la toqquşub. Nəticədə 2 nəfər rus sülhməramlı yaralanıb. Onlar xəstəxanaya çatdırılıblar.
Hadisə yerinə Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı komandiri Rüstəm Muradov və polis yollanıb.




Baxış sayı: 303


Bölməyə aid digər xəbərlər