Bütün xəbərlər
Suriyada 2 türk əsgəri şəhid olub, daha 8 nəfər yaralanıb
Tarix: 11-12-2020 12:27 | Bölmə: Karusel

Suriyada 2 türk əsgəri şəhid olub, daha 8 nəfər yaralanıb



Suriyada PKK/YPG silahlılarının törətdiyi terror aktı nəticəsində iki türk jandarmı şəhid olub, daha bir neçə nəfər xəsarət alıb.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, hadisə “Barış pınarı” əməliyyatının keçirildiyi ərazidə baş verib. Suriya-Rəsulayn Haseke-2 nəzarət-buraxılış məntəqəsində nəqliyyat vasitəsi partladılıb. Nəticədə 2 türk jandarmı şəhid olub, 8 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanalara yerləşdirilib.



Baxış sayı: 298


Bölməyə aid digər xəbərlər