Bütün xəbərlər
BMT Qarabağa missiya göndərmək istəyir
Tarix: 11-12-2020 01:06 | Bölmə: Karusel

                 BMT Qarabağa missiya göndərmək istəyir


BMT Qarabağa öz missiyasını göndərmək niyyətini qoruyub saxlayır və missiyanın regiona ən qısa zamanda gəlməsi üçün bütün tərəfləri əməkdaşlığa çağırır.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.
Daha əvvəl BMT-də bildirilmişdi ki, missiya region sakinlərinin ehtiyaclarını qiymətləndirmək üçün dekabrın əvvəlində Qarabağa gəlməli idi, ancaq bu hələ reallaşmayıb.
“Mən deməzdim ki, hansısa maneə var. Detallar hələ ki işlənirilir. Münaqişə regionlarında bütün zərərçəkənlərin humanitar ehtiyaclarını təmin etməyə hazırıq. BMT-nin Humanitar məsələlər üzrə İdarəsində və digər departamentlərdəki əməkdaşlarımız humanitar ehtiyacların müstəqil qiymətləndirilməsi üçün bütün tərəflərlə işləyirlər ”, - deyə Dujarrik bildirib.



Baxış sayı: 255


Bölməyə aid digər xəbərlər