Bütün xəbərlər
Ermənistanda etirazçılar hökumətin binasına girməyə çalışırlar
Tarix: 10-12-2020 12:56 | Bölmə: Karusel

                  Ermənistanda etirazçılar hökumətin binasına girməyə çalışırlar


Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən bir qrup etirazçı polisdən onların hökumət binasına girməsinə icazə verilməsini xahiş edir.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, etiraz aksiyası bu gün Nazirlər Kabinetinin növbəti iclasının başladığı ölkə hökumətinin binası yaxınlığında baş verir.
Etirazçılardan biri “Paşinyana ölkədəki mövcud vəziyyəti izah etmək üçün hökumət binasına getmək istəyirik ... Polislə toqquşma istəmirik”,- deyə bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları binaya girişin xüsusi icazə ilə olduğunu bildirərək etirazçıların qarşısını alıb.



Baxış sayı: 218


Bölməyə aid digər xəbərlər