Bütün xəbərlər
Erməni vəkillər də Paşinyanın istefası tələbinə qoşuldu
Tarix: 09-12-2020 00:00 | Bölmə: Karusel

                 Erməni vəkillər də Paşinyanın istefası tələbinə qoşuldu


Ermənistanda 500-dən çox vəkil baş nazir Nikol Paşinyanın istefası tələbinə qoşulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın Vəkillər Palatasının sədri Ara Zohrabyan “Facebook” səhifəsində yazıb.
Zohrabyan Paşinyan və komandasının səhvlərini sadalayaraq onu məhkəmələrin işinə müdaxilədə, hakimlərin həbsində, vəkillərin və jurnalistlərin fəaliyyətinə təzyiq göstərməkdə ittiham edib.
Palata sədrinin sözlərinə görə, baş nazirin komandası heç bir əsas olmadan fövqəladə və hərbi vəziyyətin uzadılması haqda qərar qəbul edib.



Baxış sayı: 202


Bölməyə aid digər xəbərlər