Bütün xəbərlər
Ermənistanda hərbi bazada Rusiya hərbçisinin meyiti tapıldı
Tarix: 26-11-2020 23:05 | Bölmə: Karusel

                  Ermənistanda hərbi bazada Rusiya hərbçisinin meyiti tapıldı


Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının hərbi qulluqçusu ölü halda tapılıb.
"Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Cənub hərbi dairəsindən bildirilib. Qeyd edilib ki, əsgərin həyat əlamətləri olmayan cəsədini hərbçi yoldaşları tapıb. 
Rusiya hərbi bazasının Ermənistandakı Cənub Hərbi Dairəsi üzrə komandanlığının komissiyası hüquq-mühafizə orqanları ilə birlikdə araşdırmalara başlayıb. Cəsədin üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb. Hadisənin təfərrüatları öyrənilir.
Qeyd edək ki, sahmshyan.com saytı ölən şəxsin müqavilə əsasında hərbi xidmət keçən 36 yaşlı A.P. olduğunu yazıb. 


Baxış sayı: 232


Bölməyə aid digər xəbərlər