Bütün xəbərlər
Teymur Rəcəbov qələbə ilə başladı
Tarix: 26-11-2020 02:07 | Bölmə: Karusel

                  Teymur Rəcəbov qələbə ilə başladı


Onlayn şahmat üzrə “Skillinq open” turnirində pley-off mərhələsi start götürüb.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Uesli So ilə ilk matçı vaxtından əvvəl başa vurub. Şahmatçımız 4 partiyadan ibarət olması nəzərdə tutulan görüşdə 2,5:0,5 hesablı qələbə qazanıb. Təmsilçimiz ABŞ-dan olan rəqibi ilə 4 partiyadan ibarət daha bir matç keçirəcək.
Qeyd edək ki, ikinci matç və zərurət yaransa taybrek noyabrın 26-da baş tutacaq.



Baxış sayı: 235


Bölməyə aid digər xəbərlər
29-06-2025, 10:27 Alovlanan katamaran batıb