Bütün xəbərlər
Azərbaycan ordusu Kəlbəcərə daxil oldu - RƏSMİ
Tarix: 25-11-2020 02:01 | Bölmə: Karusel

                   Azərbaycan ordusu Kəlbəcərə daxil oldu -RƏSMİ


Azərbaycan Respublikası, Rusiya Federasiyası  Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.
Unikal.org
 xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.



Baxış sayı: 268


Bölməyə aid digər xəbərlər