Bütün xəbərlər
Bolqarıstanda etirazçılar hökumətin istefasını tələb edir - Foto
Tarix: 22-11-2020 04:37 | Bölmə: Karusel

                 Bolqarıstanda etirazçılar hökumətin istefasını tələb edir


Bolqarıstanın Sofiya şəhərində parlamentin keçmiş binası qarşısında “Birlikdə qalib gələcəyik” şüarı altında ümumxalq etiraz mitinqi keçirilir. “Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.
Soyuq havaya baxmayaraq, yerli vaxtla saat 17:00-da başlayan etiraz aksiyasına yüzlərlə insan toplaşıb. Onlar Baş nazir Boyko Borisovun başçılıq etdiyi hökumətin və baş prokuror İvan Qeşevin istefasını tələb edir.
Parlamentin keçmiş binasının qarşısında aksiya iştirakçıları matəm əklili qoyublar. Onlar bunu “ölkə hökumətinin ölməsi” və dövləti idarə etmək iqtidarında olmaması ilə izah edib.
Hazırda aksiya insidentsiz keçir.



Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər