Bütün xəbərlər
"İsgəndər"dən istifadə etdiklərini deyən general İSTİNTAQA ÇAĞIRILDI
Tarix: 20-11-2020 00:12 | Bölmə: Karusel
                

"İsgəndər"dən istifadə etdiklərini deyən general İSTİNTAQA ÇAĞIRILDI“Dağlıq Qarabağ münaqişəsi zamanı “İsgəndər” ballistik taktiki raket sistemindən istifadə olunub” deyən Ermənistanın keçmiş Baş Qərargah rəisi Movses Akopyan istintaqa cəlb olunub.
Erməni KİV xəbər verir ki, bu barədə Akopyan özü bildirib. Xüsusi İstintaq Xidmətinə aparılan erməni general-polkovnik ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Akopyan dindirilməsinin təfərrüatları barədə məlumat verməyib.


Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər