22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Ermənistan ordusunda həbslər başladı
Tarix: 16-11-2020 17:49 | Bölmə: Karusel

                 Ermənistan ordusunda həbslər başladı


“Qarabağdakı döyüşlər zamanı hərbi qulluqçuların ölümünə səbəb olan zabitlər arasında həbs edilənlər var”.
“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin İtkin düşmüş və Əsir götürülmüş şəxslərlə İş üzrə komitəsinin sədri, polkovnik Vitali Voskanyan bildirib.
“Hərbçilərin günahsız yerə ölümünə səbəb olan hərəkətlərdə iştirak edən hər kəs qanunun sərtliyi ilə cəzalandırılacaq. Artıq həbs olunanlar var”, - deyə sədr qeyd edib.
Onun sözlərinə görə, Cəbrayıl istiqamətində hərbi hissənin zabitləri barəsində cinayət işi başlanılıb və kifayət qədər dəlillər toplanıb.
Voskanyan bəzi şəxslərə qarşı cinayət işinin başladıldığını və bəzilərinin əməllərində cinayət tərkibinin olduğunu deyib.
“Topladığımız bütün materiallar İstintaq komitəsinə göndəriləcək”, - deyə o sözlərinə əlavə edib.


Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər