Bütün xəbərlər
Evindən çıxan koronavirus xəstəsi saxlanılıb
Tarix: 16-11-2020 12:17 | Bölmə: Karusel

                 Evindən çıxan koronavirus xəstəsi saxlanılıb


Qaxda COVİD-19 virusuna yoluxmuş şəhər sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini M.Allahverdiyevə ev şəraitində müalicə təyin edilsə də o, özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. 
M.Allahverdiyevin mağazaya getdiyi müəyyən olunub və əraziyə həkim briqadası dəvət edilib. Onunla profilaktik söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılıb.
M.Allahverdiyev barəsində Qax RPŞ-nin İstintaq qrupunda araşdırma aparılır.


Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər