Bütün xəbərlər
Yerevanda Paşinyanın istefası tələbi ilə yenidən aksiya keçirilir
Tarix: 12-11-2020 20:27 | Bölmə: Karusel

                 Yerevanda Paşinyanın istefası tələbi ilə yenidən aksiya keçirilir


Yerevanın mərkəzində baş nazir Nikol Paşinyanın istefa verməsi tələbi ilə növbəti etiraz aksiyası başlayıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, aksiyada 1000-dək insan iştirak edir.
“Nikol Paşinyan, sən istefaya getməlisən. Harda görülüb ki, kapitulyant getməsin?!”, - deyə Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” partiyasından deputatı Naira Zoqrabyan bildirib.
Qeyd edək ki, Ermənistanda noyabrın 10-dan etibarən Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir.


Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər