Bütün xəbərlər
Vilayət Eyvazov azad edilmiş yerlərə komendantlar təyin etdi
Tarix: 12-11-2020 14:55 | Bölmə: Karusel

                 Vilayət Eyvazov azad edilmiş yerlərə komendantlar təyin etdi


“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı rəhbər tutularaq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qeyd olunan Fərmandan irəli gələn digər vəzifələrin də icrası davam etdirilir.


Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər