Bütün xəbərlər
Britaniya Qarabağla bağlı razılaşmaya münasibət bildirdi
Tarix: 11-11-2020 09:43 | Bölmə: Karusel

                Britaniya Qarabağla bağlı razılaşmaya münasibət bildirdi


Böyük Britaniya Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağa dair sülh razılaşmasından razıdır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Dominik Raab özünün tvitter hesabında yazıb.
“Tərəflər qan tökülməsinin qarşısını almaq üçün çətin qərar qəbul ediblər”, - deyə Raab bildirib.
Birləşmiş Krallığın xarici işlər naziri qeyd edib ki, bütün tərəflər vətəndaşların rifahı naminə davamlı sülhə nail olmaq üçün birlikdə çalışmalıdırlar.



Baxış sayı: 243


Bölməyə aid digər xəbərlər