Bütün xəbərlər
“Bütün komandirlərə göstəriş verdim ki, mülkilərin qayğısına qalınsın”
Tarix: 09-11-2020 18:42 | Bölmə: Karusel

                      “Bütün komandirlərə göstəriş verdim ki, mülkilərin qayğısına qalınsın”


“Biz onların qayğısına qalacağıq. Onların qayğısına qalacağıq. Buna qətiyyən şübhə olmasın. Biz onları hər şeylə - ərzaqla, su ilə, hər şeylə təmin edəcəyik. Buna şübhə olmasın. Münaqişənin ilk saatlarında bizim bütün hərbi komandirlərimiz məndən birbaşa göstəriş alıblar ki, mülki şəxslərin qayğısına qalınmalıdır. Siz bizim Hadrutda tapdığımız yaşlı iki adam haqqında əhvalatı bilirsiniz?”
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, onların qohumları və hərbçilər onları, sadəcə olaraq, tərk edərək qaçmışdılar. Bir qadın və bir kişi, təxminən 90 yaşlarında. Biz onları buraya, Bakıya gətirdik, xəstəxanaya yerləşdirdik və onları Ermənistana təhvil verdik. Bilirsiniz nə baş verdi? Həmin yaşlı kişi artıq sərhəddə, Qazaxda, buradan uzaqda olanda, ermənilər onu qəbul etməkdən imtina etdilər. Onlar dedilər ki, o, xəstədir, tezliklə öləcək, biz onu istəmirik. Bilirsiniz? Onlar məhz belə etdilər. Həmin şəxs Qırmızı Xaçın himayəsi altında xəstəxanaya yerləşdirildi və qadın onlara təhvil verildi. Əfsuslar olsun ki, kişi öldü. Biz mülki şəxslərlə bu cür davranırıq. Ona görə də, hazırda Dağlıq Qarabağda yaşayan həmin mülki şəxslər tam əmin ola bilərlər ki, biz onların qayğısına qalacağıq və onlar Azərbaycanın himayəsi altında daha yaxşı yaşayacaqlar”.
– Lakin onların təxminən 90 mini artıq qaçıb. Görünür Sizin təminatlarınız onları sakitləşdirmir.
– Bizdə olan məlumata görə, Dağlıq Qarabağda yaşayan real əhali 60-70 min nəfər olub. Bütün bu rəqəmlər çox şişirdilib. Ona görə də, mən şübhə edirəm ki, 90 min nəfər qaça bilər, çünki maksimum 70 min nəfərdir.



Baxış sayı: 222


Bölməyə aid digər xəbərlər