Bütün xəbərlər
Gürcüstanda yoluxma rekord həddə artır
Tarix: 07-11-2020 14:30 | Bölmə: Karusel

                 Gürcüstanda yoluxma rekord həddə artır


Gürcüstanda son 24 saat ərzində daha 2859 nəfərdə “COVID-19” aşkarlanması ilə gündəlik yoluxma sayında rekord qeydə alınıb.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bununla ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 54 min 852-yə çatıb.
Sutka ərzində daha 18 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 441-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 39 min 773 nəfərdir.



Baxış sayı: 232


Bölməyə aid digər xəbərlər