Bütün xəbərlər
Düşmənin Xankəndi yaxınlığındakı silah-sursat anbarı partladı
Tarix: 06-11-2020 14:51 | Bölmə: Karusel

                   Düşmənin Xankəndi yaxınlığındakı silah-sursat anbarı partladı


Düşmənin Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub. Alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib.
"Qafqazinfo" xəbər verir ki, bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 
Sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi.



Baxış sayı: 280


Bölməyə aid digər xəbərlər