Bütün xəbərlər
Hikmət Hacıyev: “Erməni lobbisinin azad mediaya, ifadə azadlığına qarşı bu cür hücumlarını şiddətlə qınayırıq”
Tarix: 06-11-2020 00:44 | Bölmə: Karusel

             Hikmət Hacıyev: “Erməni lobbisinin azad mediaya, ifadə azadlığına qarşı bu cür hücumlarını şiddətlə qınayırıq”



“İndi də İtaliyanın “La Repubblica” qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır. Erməni lobbisi TF1 və "New York Times" jurnalistlərini də fiziki təhdidlərə məruz qoymuşdu. Azad mediaya, ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında yazıb.
Qeyd edək ki, bundan əvvəl də Prezident İlham Əliyevdən müsahibə götürən bəzi xarici jurnalistlər erməni lobbisinin təzyiqlərinə məruz qalaraq müxtəlif təhdid və ölüm təhdidlərilə hədələnmişdi. 



Baxış sayı: 272


Bölməyə aid digər xəbərlər