Bütün xəbərlər
PKK terrorçuları fəhlələri atəşə tutdu - Ölən və yaralananlar var
Tarix: 04-11-2020 22:00 | Bölmə: Karusel

                     PKK terrorçuları fəhlələri atəşə tutdu                      


Türkiyənin Hakkari şəhərinin Derecik rayonu ərazisində PKK terrorçuları yol tikintisində işləyən fəhlələrə hücum ediblər.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Hakkari valiliyinin açıqlamasına görə, terrorçular fəhlələrin olduğu maşınlara raket və silahlardan atəş açıblar.
Bölgədə başladılan antiterror əməliyyatları nəticəsində 5 nəfər PKK terrorçusu zərərsizləşdirilib.



Baxış sayı: 246


Bölməyə aid digər xəbərlər