Bütün xəbərlər
Vyana terrorunu törədən İŞİD tərəfdarı imiş
Tarix: 03-11-2020 11:56 | Bölmə: Karusel

               Vyana terrorunu törədən İŞİD tərəfdarı imiş


Vyanada zərərsizləşdirilən silahlı şəxsin İslam Dövləti terror qruplaşmasının (İŞİD) tərəfdarı olduğu müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avstriya Daxili İşlər naziri Karl Nehammer mətbuat konfransında açıqlama verib.
“Cinayətkar İslam Dövləti terror qruplaşmasının simpatizanıdır”,- deyə Nehammer bildirib.
O, cinayətkarın saxta partlayıcı kəmər taxdığını və tüfənglə silahlandığını qeyd edib.
Qeyd edək ki, Avstriyanın paytaxtı Vyana şəhərində ötən gecə törədilən terror hücumu nəticəsində 2 nəfər həlak olub, 15 nəfər yaralanıb.



Baxış sayı: 261


Bölməyə aid digər xəbərlər