Bütün xəbərlər
Rusiyanın Ermənistandakı səfirliyi erməni yalanlarını ifşa etdi
Tarix: 01-11-2020 22:59 | Bölmə: Karusel

Rusiya Federasiyasının Yerevandakı səfirliyi Azərbaycan Silahlı Qüvvələrinin zərbələri nəticəsində guya Rusiya sərhədçilərinin həlak olması haqqında şayiələri təkzib edib.
AZƏRTAC "Sputnik Armenia" saytına istinadla xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi bəyanat yayıb.
Sənəddə bildirilir ki, Azərbaycan-Ermənistan sərhədində iki nəfər Rusiya hərbçisinin ölməsi barədə bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir və yalandır. Səfirlik kütləvi informasiya vasitələrini bu cür məlumatlarda diqqətli və tərəfsiz olmağa çağırıb”.




Baxış sayı: 252


Bölməyə aid digər xəbərlər